Avropa Şurasının Baş katibi Türkiyəyə səfər edəcək

Avropa Şurasının Baş katibi Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Türkiyəyə səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.

Səfərin bazar ertəsi, noyabrın 13-də baş tutacağı bildirilib.

Səfər zamanı Türkiyə ilə Aİ münasibətləri və Avropa Şurasının gündəliyində duran məsələlər müzakirə olunacaq.