Aİ Brüsseldə növbəti görüş üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır

Aİ Brüsseldə növbəti görüş üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır

Bakı. TurkicWorld:

Avropa İttifaqı Brüsseldə növbəti görüş keçirmək üçün Azərbaycan və Ermənistanla birgə işləyir.

Bu barədə TurkicWorld-a Avropa Şurasındakı mənbədən deyiblər.

"Brüssel prosesi intensivdir və Aİ növbəti görüşün vaxtı müəyyən etmək üçün tərəfdaşlarla birgə işləyir", - deyə bildirilib.

Qeyd edək ki, Bakı ilə İrəvan arasında hərbi qulluqçuların azad edilməsi ilə bağlı əldə olunan son razılaşmadan sonra Avropa Şurasının prezidenti Şarl Mişel bu addımları alqışlayaraq, onları “siyasi dialoqda görünməmiş irəliləyiş” adlandırıb.

"Biz xüsusilə saxlanılan şəxslərin azad edilməsini və siyasi dialoqun görünməmiş açıqlığını alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel Prosesinin əsas məqsədi idi: bugünkü irəliyəyiş [7 dekabr] əsas addımdır. Mən indi liderləri sülh sazişini mümkün qədər tez başa çatdırmağa çağırıram", - deyə Ş.Mişel bildirib.