Türkiyə İsraildəki səfirini geri çağırıb

Türkiyə İsraildəki səfirini geri çağırıb

Bakı. TurkicWorld:

Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İsrailin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımların fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Qəzzada yaşanan humanitar faciəni nəzərə alaraq, Tel-Əviv səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya çağırılmasına qərar verilib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 9 min 488-ə çatıb.

Ləman Əsədli

X: Lamanasadli01