Bölgədə sülhün təmin edilməsi üçün Türkiyə dəstəyini davam etdirəcək - Yaşar Güler

Bölgədə sülhün təmin edilməsi üçün Türkiyə dəstəyini davam etdirəcək - Yaşar Güler

Bakı. TurkicWorld:

Bölgədə sülhün təmin edilməsi üçün Türkiyə öz üzərinə düşəni etməyə davam edəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Yaşar Güler Serbiyalı həmkarı Miloş Vuçeviç ilə görüşü zamanı bildirib.

"Görüş çərçivəsində Serbiya ilə tarixi, mədəni və humanitar əlaqələrimiz olduğunu bildirdik. Biz Balkanların sülh, sabitlik, ərazi bütövlüyü və beynəlxalq təşkilatlarda iştirakını, həmçinin Serbiyanın Avropa İttifaqına üzv olmaq məqsədini dəstəkləyirik. Müdafiə sənayesi də daxil olmaqla əməkdaşlığı inkişaf etdirməyə hazırıq. FETÖ ilə mübarizədə ölkəmizə verdikləri dəstəyə görə Serbiyaya təşəkkür edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Güler Serbiyaya rəsmi səfər edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01