Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr birliyi yaradılacaq

Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr birliyi yaradılacaq

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr birliyi yaradılacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycanda rəsmi səfərdə olarkən deyib.

"Oktyabrın 19-da Şuşada TDT Ali Məhkəmələr Birliyinin yaradılması ilə bağlı konfrans keçiriləcək. Bu konfransda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyik və qurumun yaradılmasına aparan ilk bəyannaməni imzalayacağıq. Daha sonra TDT Yüksək Məhkəmələr Birliyinin yaradılmasını da qeyd edəcəyik. Biz nizamnamə üzərində çalışacağıq və quruluş prosesini tamamlayacağıq. Beləliklə, bütün türk dövlətlərinin yüksək məhkəmələri arasında birlik yaranacaq", - deyə sədr qeyd edib.

Mehmet Akarca bildirib ki, Türk dövlətləri arasında iqtisadi, siyasi, tarixi və mədəni inkişaflarla yanaşı, hüquq sahəsindəki inkişafları da sürətləndirməyi hədəfləyirik. Biz qarşılıqlı təcrübə transferi ilə sistemlərimizi bir-birimizə daha da yaxınlaşdırmaq istəyirik.

Bundan başqa, Akarca təmasları çərçivəsində Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhat Abdullayevlə görüşüb.

Aytac Süleymanova