Türkiyənin Avropada tranzit ölkə rolu “Türk axını” layihəsinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb

Türkiyənin Avropada tranzit ölkə rolu “Türk axını” layihəsinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb

Bakı. TurkicWorld:

Türkiyənin Avropada tranzit ölkə rolu “Türk axını” təbii qaz kəmərinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Biri Çevski bildirib.

O, həmçinin vurğulayıb ki, Rusiyanın "Türk axını" layihəsinin məhz Türkiyədə yaradılması təsadüfi deyil.

Məlumat üçün qeyd edək ki, layihə Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlanıb. "Türk axını" layihəsi ilə Qara Dənizin altından keçərək rus qazı şərqdən cənub-şərq və Avropaya daşınır.

Ləman Əsədli
Twitter: Lamanasadli01