Ömər Bolat Avropa Komissiyasının ticarət üzrə vitse-prezidenti ilə videokonfrans görüşü keçirib

Ömər Bolat Avropa Komissiyasının ticarət üzrə vitse-prezidenti ilə videokonfrans görüşü keçirib

Bakı. TurkicWorld:

Türkiyə Ticarət naziri Ömər Bolat Avropa Komissiyasının ticarət üzrə vitse-prezidenti Valdis Dombrovskis ilə videokonfrans görüşü keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.

Bolat və Dombrovskis arasında keçirilən görüş zamanı Avropa İttifaqı ilə Türkiyənin ticari-iqtisadi əlaqələri müzakirə edilib.

Görüşdə 2022-ci ildə Aİ ilə Türkiyə arasında ticarət həcminin 200 milyard dollara çatması və ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

"Görüşdə yeni dövrdə Türkiyə ilə Aİ arasında ticari və iqtisadi əlaqələrin inkişafı üçün ümumi yol xəritəsi üzrə razılaşdırdıq. Türkiyə ilə Aİ, Gömrük İttifaqı arasında Ticarət İşçi Qrupu çərçivəsində Türk Ticarət Məcəlləsinin yenilənməsi ilə bağlı danışıqlara başlamazdan əvvəl mövcud texniki məsələlərimizi və əməkdaşlıq imkanlarımızı müzakirə edəcəyik” – deyə Bolat qeyd edib.

Hafiz Rufizoğlu