İsveçrə Taxıl Dəhlizi ilə bağlı Türkiyəyə dəstəyini nümayiş etdirib

İsveçrə Taxıl Dəhlizi ilə bağlı Türkiyəyə dəstəyini nümayiş etdirib

Bakı. TurkicWorld:

İsveçrə Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün səylərini dəstəklədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi açıqlama verib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01