Baykar şirkəti tərəfindən istehsal edilən Bayraktar TB2 PUA-sı Küveytə ixrac edilib

Baykar şirkəti tərəfindən istehsal edilən Bayraktar TB2 PUA-sı Küveytə ixrac edilib

Bakı, TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən istehsal edilən Bayraktar TB2 Pilotsuz Uçuş Aparatı Küveytə ixrac edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz rəsmi twitter hesabında bildirib.

Məlumata əsasən, Küveyt Bayraktar TB2-nin ixrac edildiyi 30-cu ölkədir və PUA-ların dəyəri 367 milyon dollardır.

Qeyd edək ki, Bayraktar TB2 PUA-nın Türkiyə tərəfindən ixrac edildiyi ölkələr sırasıyla Qətər, Liviya, Ukrayna, Azərbaycan, Türkmənistan, Mərakeş, Efiopiya, Qırğızıstan, Pakistan, Cibuti, Burkina Faso, Ruanda, Toqo, Niger, Nigeriya, Polşa, Mali və Küveytdir.

Bayraktar TB2 PUA-nın xüsusiyyətləri:

Uzunluq: 6.5 m

Qanad genişliyi: 12 m

Maksimum qalxma çəkisi: 650 kq

Yük tutumu: 55 kq

Maksimum sürət: 222 km/saat

Seyredici sürəti: 130 km/s

Fəaliyyət radiusu 150 km

Ən yüksək hədd: 8200 m

Avtonom idarəetmə: 24 saat[15]

PUA Rotax 912 daxili yanma mühərriki ilə təchiz olunub.

Gövdəsi kompozit materiallardan hazırlanıb və avtomatik qalxma-enmə sistemi ilə təchiz edilib.

Ləman Əsədli
Lamanasadli01