İstanbulda partlayış törədilməsində şübhəli bilinən qadınlar bağlı məlumatlar araşdırılır - nazir

İstanbulda partlayış törədilməsində şübhəli bilinən qadınlar bağlı məlumatlar araşdırılır - nazir

Bakı. TurkicWorld:

İstanbulda partlayış törədilməsində şübhəli bilinən qadınla bağlı bütün qeydlər və məlumatlar araşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ deyib.

"Qadın oradakı banklardan birində müəyyən müddət, 40 dəqiqədən çox oturur, sonra ayağa qalxır. Ayağa qalxdıqdan 1-2 dəqiqə sonra partlayış baş verir", - deyə B.Bozdağ bildirib.

Nazir bildirib ki, ya qadının çantasında öz-özünə partlayan qurğu olub, ya da kimsə onu uzaqdan partladıb: "Hazırda bunların hamısı araşdırılır".

Onun sözlərinə görə, hazırda qadının adı ilə bağlı məlumat yoxdur.