Qırğızıstan və Özbəkistan logistika sahəsində əməkdaşlığı genişləndirir

Qırğızıstan və Özbəkistan logistika sahəsində əməkdaşlığı genişləndirir

Bakı,TurkicWorld

Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanının Oş filialının direktoru Timur Madanbekov ilə Özbəkistanın Oşdakı baş konsulu Zəfərbek Əhmədov arasında keçirilən görüşdə regionlar arasında nəqliyyat logistikasının yaxşılaşdırılmasına dair razılıq əldə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Qırğızıstan və Özbəkistan arasında ticarət, iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın sürətli inkişafı ilə vətəndaşların, işgüzar dairələrin nümayəndələrinin və turistlərin dövlət sərhədlərindən keçməsinin intensivləşdiyi vurğulanıb.

Qeyd edək ki , hazırda Oş hava limanından Rusiyanın bir sıra şəhərlərinə və İstanbul Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirilir.