Qazaxıstan və Özbəkistan prezidentləri arasında görüş keçiriləcək

Qazaxıstan və Özbəkistan prezidentləri arasında görüş keçiriləcək

Bakı. TurkicWorld:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında qeyri-rəsmi görüş keçiriləcək.

TurkicWorld xəbər verir ki, görüş bu gün Özbəkistanın Xivə şəhərində baş tutacaq.

Görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin geniş spektrini, eləcə də regional gündəliyi müzakirə etməyi planlaşdırırlar.

Hafiz Rufizoğlu