Yanvar-iyun aylarında Antalya limanları 2 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

Yanvar-iyun aylarında Antalya limanları 2 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Antalya şəhərində yerləşən limanlar kruiz gəmisi ilə səyahət edən 2 min 253 sərnişin qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, kruiz gəmiləri ilə Antalya limanlarına 306 sərnişin gətirilib, bu gəmilər ilə limandan aparılan sərnişinlərin sayı isə 312 nəfər təşkil edib.

“2022-ci ilin yanvar-iyun aylarında Antalya şəhərinin limanlarından dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 1 min 635 nəfər təşkil edib”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 317 kruiz gəmisi qəbul edib. Bu gəmilərin göyərtəsində ümumilikdə 205 min 642 sərnişin daşınıb.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyəyə kruiz gəmiləri ilə 7 min 454 sərnişin gəlib, 11 min 580 nəfər isə yola düşüb.

Məlumatda qeyd edilib ki, göstərilən dövrdə Türkiyə ərazisində dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 186 min 608 nəfər təşkil edib