Biz Formula 1 ilə davamlı tərəfdaşlığımızı təsdiqləməyə məmnunluq – Fərid Qayıbov

Biz Formula 1 ilə davamlı tərəfdaşlığımızı təsdiqləməyə məmnunluq – Fərid Qayıbov

Bakı. TurkicWorld:

Biz Formula 1 ilə davamlı tərəfdaşlığımızı təsdiqləməyə məmnunluğumuzu bildiririk. 2016-cı ildən etibarən artıq yeddinci mövsümdür ki, davam edən yarışın şəhərimizə və ölkəmizə iqtisadi, sosial və mədəni əhəmiyyəti danılmazdır.

TurkicWorld-un məlumatına görə, bunu Gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, Formula 1 Azərbaycan Qran Prisi daha üç il ərzində azarkeşlərimizi ilhamlandırmağa və onlara yarış həyəcanı bəxş etməyə davam edəcək.

“Baş tutmuş Bakı yarışlarından bir neçəsi bu avtoidmanın tarixində ən yaxşı yarış kimi yadda qalıb. Biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində yerli və xarici F1 azarkeşləri üçün daha da unudulmaz anlar yaşatmağı səbirsizliklə gözləyirik. Bugünkü razılaşma Azərbaycan Qran Prisinə bilet satışının rekord həddə çatdığı və 100-dən çox ölkədən on minlərlə azarkeşin qatıldığı yarış həftəsinə təsadüf etməsi ilə onu daha da əlamətdar etdi", - deyə bildirib.