Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik (18.03.2024 və 24.03.24) məlumat yayıb.

TurkicWorld-in ANAMA-ya istinadən məlumatına görə, azad olunan ərazilərdə 3 tank əleyhinə mina, 30 piyada əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin əlavə edilib ki, 462.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.