Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə TurkicWorld-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Xatırladaq ki, azad edilmiş ərazilərdə (08.04.2024 - 14.04.2024) 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib, 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.