Azad edilmiş ərazilərdə ötən həftə 191 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən həftə 191 mina aşkarlanıb

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan TurkicWorld-ə verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 128 piyada əleyhinə mina, 63 tank əleyhinə mina, 316 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.