Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, fevralın 1-dən 29-dək Tərtər, Kəlbəcər, Ağdam, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 437, tank əleyhinə 159 mina və 1941 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 4562.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.