Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatı başladı

Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatı başladı

Bakı, TurkicWorld

“Formula-1” Azərbaycan Qran-prisinin marşal qeydiyyatı proqramına start verilib.

Bu barədə İdman.bizə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

“BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) bu il sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-prisinin marşal qeydiyyatı proqramına hər kəs qoşula bilər: “Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər. Proqrama cəlb ediləcək marşallar 2024 “Formula-1” Azərbaycan Qran-prisinin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda “Formula-1” yarışının həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanına sahib olacaqlar”, – deyə məlumatda bildirilib.

Məlumata əsasən, Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, “Formula-1” Qran-prisi və digər avto idman yarışlarına ev sahibliyi edəcək ölkələrdə yarışlara qatılmaq hüququ verəcək.

İdman.biz