Bakıda "Formula-1"ə görə bağlanmış yollar açılıb

Bakıda "Formula-1"ə görə bağlanmış yollar açılıb

Bakı. TurkicWorld:

Bu gün səhər saat 8:00-dan etibarən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.

Bu barədə TurkicWorld-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

Onun sözlərinə görə, ilkin olaraq quraşdırılmış maneələr Neftçilər prospektində, Zərifə Əliyava küçəsi və İstiqlaliyyət küçəsində maneələr artıq götürülməkdədir.

"Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək", - deyə A. Əsgərli qeyd edib.