İl ərzində azad edilmiş ərazilərdə səkkiz mindən çox mina zərərsizləşdirilib

İl ərzində azad edilmiş ərazilərdə səkkiz mindən çox mina zərərsizləşdirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan TurkicWorld-a bildirilib ki, Tərtər, Kəlbəcər, Ağdam, Xankəndi, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3495, tank əleyhinə 5034 mina və 23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 53081,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.