Dumana görə avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Dumana görə avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bakı. TurkicWorld:

Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə TurkicWorld-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 24-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.