Azərbaycanlı futbolçu: “Üç xalın qazanılmasında Volkan Demirelin rolu böyükdür”

Azərbaycanlı futbolçu: “Üç xalın qazanılmasında Volkan Demirelin rolu böyükdür”

Bakı. TurkicWorld:

“Baş məşqçimizin sayəsində qələbə qazandıq”.

İdman.biz xəbər verir ki, bunu “Hatayspor”un hücumçusu Renat Dadaşov deyib.

Azərbaycan yığmasının üzvü “Qalatasaray”ı 2:1 hesabl ilə məğlub etdikləri oyundan sonra “Hatayspor”un baş məşqçisi Volkan Demirel haqqında danışıb. Dadaşov gənc mütəxəssisin planlarını meydanda həyata keçirdiklərini bildirib: “Üç xalın qazanılmasında Volkan Demirelin rolu böyükdür. Həm meydanda, həm meydandan kənarda bizə çox kömək edir. Həftə ərzində məşqlərdə çalışdıqlarımızı oyunda həyata keçirə bildik. Nəticədə vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, “Hatayspor” Türkiyə Superliqasında “Qalatasaray”ın 10 oyunluq qələbə seriyasına son qoyub.

İdman.biz