Dünya şöhrətli səyahətçilər Şuşada

Dünya şöhrətli səyahətçilər Şuşada

Bakı. TurkicWorld:

Dünya şöhrətli "NomadMania" beynəlxalq səyahətçilər klubunun uzvləri Şuşaya gəlib.

TurkicWorld xəbər verir ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır.

Qrupa "NomadMania" klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis şəxsən başçılıq edir

QEyd edək ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.