Azad edilmiş ərazilərdən ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdən ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Bakı. TurkicWorld:

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 1695 mina aşkarlanıb.

Bu barədə TurkicWorld-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-dən 31-dək 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8537 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6687,4 hektar ərazi minadan təmizlənib.