Azərbaycan heç vaxt tək deyil - Mövlud Çavuşoğlu

Azərbaycan heç vaxt tək deyil - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Can Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirəm.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu tvitter hesabında qeyd edib.

"Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm. Azərbaycan heç vaxt tək deyil", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.