İranın XİN başçısı Ermənistanın törətdiyi son təxribatlar barədə məlumatlandırılıb

İranın XİN başçısı Ermənistanın törətdiyi son təxribatlar barədə məlumatlandırılıb

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan regional məsələləri müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, bunu C.Bayramov "twitter"də yazıb.

Onun sözlərinə görə, İranın XİN başçısı ilə regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.