Əlcəzair Cənubi Qafqazda sülh və sabitlik perspektivlərini dəstəkləyir - Ramtan Lamamra

Əlcəzair Cənubi Qafqazda sülh və sabitlik perspektivlərini dəstəkləyir - Ramtan Lamamra

Bakı. TurkicWorld:

Əlcəzair beynəlxalq hüquqa əsaslanan Cənubi Qafqazda sülh və sabitlik perspektivlərini dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinqdə deyib.

Nazir bugünkü danışıqların məhsuldar olduğunu qeyd edib və iki ölkə arasında gələcək səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.