Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

Bakı. TurkicWorld:

Əlcəzair Xalq Demokratik xarici işlər və xaricdəki milli icma naziri, Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə TurkicWorld-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Əlcəzair XİN başçısı səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra tərəflər birgə brifinq keçirəcək.