AMEA Rəyasət Heyətinin qapalı iclası keçirilib

AMEA Rəyasət Heyətinin qapalı iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

İclasda Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.