Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər

Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər

Bakı. TurkicWorld:

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, XİN başçıları ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.