Türkiyənin dördüncü geoloji kəşfiyyat gəmisi ölkəyə gətirilir

Türkiyənin dördüncü geoloji kəşfiyyat gəmisi ölkəyə gətirilir

Bakı. TurkicWorld:

Bu il martın yeddisində Cənubi Koreyadan yola düşən və hal-hazırda Qərbi Afrika sahillərində olan dördüncü geoloji kəşfiyyat gəmisi 19 May “Atatürkü Anma, Gənclik və İdman Bayramı” günü Türkiyədə olacaq.

TurkicWorld-un məlumatına görə, Fatih, Yavuz və Kanunidən sonra 'Alparslan' adı verilən Türkiyənin dördüncü geoloji kəşfiyyat gəmisi dəniz donanmasına təhvil veriləcək.

Qeyd edək ki, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr təbii qaz kəşf etməsindən sonra karbohidrogen kəşfiyyat işlərini gücləndirən Türkiyə gəmi donanmasını da genişləndirir.

Xatırladaq ki, Ərdoğan 2020-ci il oktyabrın 17-də Dunay quyusunda aşkar edilən 85 milyard kubmetr təbii qaz artımıyla ehtiyatların ümumi həcminin 405 milyard kubmetrə çatdığını açıqlayıb. Amasra quyusunda 135 milyard kubmetr kəşf edildikdən sonra isə Qara dənizdəki qaz ehtiyatının ümumilikdə həcmi 540 milyard kubmetrə çatıb.