Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyirik - Almaniya səfiri

Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyirik - Almaniya səfiri

Bakı. TurkicWorld:

Almaniya Azərbaycanda minatəmizləmə ilə bağlı layihələr həyata keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkə hesabında bildirib.

"Almaniya minatəmizləmə prosesində, o cümlədən, həyata keçirilən öz layihəmiz çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir", - paylaşımda deyilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü "Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü" elan edib.