Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Bakı, TurkicWorld

Ermənistan parlamenti şərti olaraq Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

TurkicWorld erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 57 deputat sənədin lehinə səs verib, əleyhinə isə heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb.

Qeyd edək ki, bir müddət əvvəl xəbər yayılmışdı ki, Ermənistan hökuməti Aİ-nin müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya üçün parlamentə göndərib və onların sayının 209 nəfərə çatdırılması qərara alınıb.

Xatırladaq ki, 2022-ci il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.