Aİ-nin Ermənistandakı missiyasının tərkibinə Türkiyədən müşahidəçi daxil ola bilərmi? - Ermənistan XİN-dən açıqlama

Aİ-nin Ermənistandakı missiyasının tərkibinə Türkiyədən müşahidəçi daxil ola bilərmi? - Ermənistan XİN-dən açıqlama

Bakı. TurkicWorld:

Ermənistanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) ölkədəki missiyasının tərkibinə Türkiyədən müşahidəçinin daxil olma ehtimalına münasibət bildirib.

TurkicWorld bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, bununla bağlı sualı "Hayastan" blokundan deputat Qeqam Manukyan Ermənistan parlamentində səsləndirib.

Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan isə cavab olaraq bu barədə razılaşmanın siyasi dialoq zamanı əldə olunacağını bildirib.

"Missiyanın əməkdaşlarının sayı da siyasi dialoq zamanı razılaşdırılır", - deyə nazir müavini qeyd edib.