Tərəfdaşlığımız mükəmməl səviyyədədir - İrakli Kobaxidze

Tərəfdaşlığımız mükəmməl səviyyədədir - İrakli Kobaxidze

Bakı. TurkicWorld:

Tərəfdaşlığımız mükəmməl səviyyədədir.

TurkicWorld xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Potensialın hər zaman olduğunu bildirən Baş nazir qeyd edib: "Biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik".