Azərbaycan bütün planeti birləşdirən bir tədbirə ev sahibliyi edəcək - Rosen Plevneliyev

Azərbaycan bütün planeti birləşdirən bir tədbirə ev sahibliyi edəcək - Rosen Plevneliyev

Bakı. TurkicWorld:

Düşünürəm ki, bundan öncəki COP tədbirlərində əldə olunmayan nailiyyətlər, Azərbaycanda COP29 tədbirində əldə olunacaq.

Bu barədə TurkicWorld-ə özəl açıqlamasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

O qeyd edib ki, COP29 dünyanın ən mühüm və əsas tədbirlərindən biri olacaq.

"Buradakı məsələlər nəinki bu gün, həmçinin, gələcəyimizlə də əlaqəlidir. Azərbaycan çox iddialıdır və bütün planeti birləşdirən bir tədbirə ev sahibliyi edəcək. Biz inanırıq ki, bunun öhdəsindən layiqincə gələcək.

Amma böyük bir sual var ki, digər ölkələr konsensus üçün razılaşmağa hazırdır?İnanıram ki, çalışmalar, dünyanın müxtəlif yerlərindən Azərbaycana gələcək olan dövlət, hökumət rəsmiləri arasında olacaq müzakirələr, danışıqlar öz nəticəsini verəcək.

Bizim artıq siyasi sənədlərdə qalan sözlərə ehtiyacımız yoxdur. Hərəkət etməliyik, sözləri praktikaya çevirməliyik. İqlimlə bağlı nəticəyə, razılaşmaya, maliyyəyə və qlobal konsensusa ehtiyacımız var. Azərbaycan da bunun üçün səy göstərir", - deyə sabiq prezident bildirib.