Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir - Rosen Plevneliyev

Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir - Rosen Plevneliyev

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevə və Azərbaycan xalqına Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirik.

TurkicWorld xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev XI Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçılarının keçirdiyi mətbuat konfransı zamanı çıxışında deyib.

O qeyd edib ki, ötən il Azərbaycan üçün möhtəşəm bir oldu.

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ümumilikdə Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir. Məsələlərin müzakirəsi üçün ev sahibliyi edir. Qlobal Bakı Forumu da bunlardan biridir", - deyə o əlavə edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu 14-16 mart 2024-cü il tarixlərində keçiriləcək. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.