Azərbaycanın əldə etdiyi uğurlar 2023-cü ilin inkişaf göstəricisində öz əksini tapıb - Sahibə Qafarova

Azərbaycanın əldə etdiyi uğurlar 2023-cü ilin inkişaf göstəricisində öz əksini tapıb - Sahibə Qafarova

Bakı. TurkicWorld:

2023-cü il milli inkişaf tariximizə Heydər Əliyev ili kimi qeyd edilib. Eyni zamanda bu il cənab İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam olub.

TurkicWorld-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova qeyd edib ki, keçdiyimiz tarixi dövr göstərir ki, Ulu öndər Heydər Əliyevin strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və Azərbaycanın iqtisadi inkişafı daha möhkəmlənib.

Spiker vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlar 2023-cü ilin inkişaf göstəricisində öz əksini tapıb.