Fransada Azərbaycana qarşı toksik lobbiçilik nümayiş etdirilir - Natali Qule

Fransada Azərbaycana qarşı toksik lobbiçilik nümayiş etdirilir - Natali Qule

Bakı. TurkicWorld:

ATƏT-in Minsk qrupu çox çalışdı ki, Azərbaycan və Ermənistan arasında olan problem həll edilməsin.

TurkicWorld xəbər verir ki, fransalı senator Natali Qule XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyətin məğlubiyyətinə şahidlik edirik. Reallıq odur ki, beynəlxalq hüquq işləmir. Fransada Azərbaycana qarşı toksik lobbiçilik nümayiş etdirilir. "Realpolitikin" olması çətinliklər yaradır.

Dünyada ekstremizm artıb. Biz bunun qarşısını almalıyıq. Vətəndaş cəmiyyətinin rolu artırılmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.