AŞPA-da islamofobiya, rasizm və diskriminasiya meyllərinin daha da güclənməsi prosesi baş verir - Hakimət hacıyev

AŞPA-da islamofobiya, rasizm və diskriminasiya meyllərinin daha da güclənməsi prosesi baş verir - Hakimət hacıyev

Bakı, TurkicWorld

Bəzi universal beynəxalq təşkilatlarla yanaşı, Avropa kontinentində mövcud olan bir çox təşkilatlar böhran vəziyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"AŞPA-da islamofobiya, rasizm və diskriminasiya meyllərinin daha da güclənməsi prosesi baş verir. Burada ədalətli müzakirə, ümumiyyətlə Avropada mövcud olan problemlərin həllinə yönələn müzakirələr olması əvəzinə, bu cür irticaçı fikirlərin üstünlük təşkil etməsinin şahidi oluruq",- deyə H.Hacıyev bildirib.