İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün twitter hesabında yazıb.

Onun sözlərinə görə, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib, şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.