“Akıncı” lar qardaş torpaqlarda, yeni yuvalarındadır - Selçuk Bayraktar

“Akıncı” lar qardaş torpaqlarda, yeni yuvalarındadır - Selçuk Bayraktar

Bakı. TurkicWorld:

"Akıncı" lar qardaş torpaqlarda, yeni yuvalarındadır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabında paylaşım edib.

"Azərbaycanda Bayraktar "Akıncı" anqarının açılışını və təslimat mərasimini keçirdik. Birliyimiz əbədi olsun", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, yeni inşa edilmiş anqar kompleksləri müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.