Bolqarıstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı materiallar dərc edilib

Bolqarıstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı materiallar dərc edilib

Bakı. TurkicWorld:

Bolqarıstan mediasında bu il fevralın 7-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin mahiyyətinə və səbəblərinə dair materiallar dərc olunub.

TurkicWorld Secki-2024.az-a istinadən xəbər verir ki, yerli mətbuorqanlarında yayılan məlumatlarda Prezident seçkilərinin keçirilməsinin əsas səbəbi kimi onun Azərbaycanın bütün ərazisini əhatə edəcək ilk seçkilər olacağı göstərilir.

Diqqətə çatdırılır ki, Vətən müharibəsində qazanılmış Qələbənin, Azərbaycanın iqtisadi yüksəlişinin və beynəlxalq uğurlarının xalqın yürüdülən siyasi xəttin davam etdirilməsinə səs verəcəyini göstərir.

Yazılarda bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünün və bütün torpaqları üzərində suverenliyinin bərpası ilə əlamətdar olan yeni bir mərhələnin əsasını qoyacağı vurğulanır, son 20 il ərzində Azərbaycanın dinamik inkişaf edən dövlətə çevrildiyi, müxtəlif sahələrdə böyük uğurlar qazandığı bildirilir.

Materiallarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, “yaşıl enerji”yə keçid və regional bağlantıların inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətdən, həmçinin əldə olunan səmərəli nəticələrdən danışılır.