MDB ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək

MDB ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakı. TurkicWorld:

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşü aprelin 12-də Minskdə keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Birliyin iştirakçısı olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclasından öncə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bugünkü iclasın gündəlik layihəsinə siyasi, humanitar sahələrdə əməkdaşlıq və təşkilati məsələlərin müzakirəsi daxildir.

"Xarici işlər nazirləri Birliyin diplomatları arasında ilk növbədə beynəlxalq platformalarda qarşılıqlı əlaqələrin vəziyyətini müzakirə etməyi planlaşdırır. Bundan başqa, qarşıdakı illərdə MDB ölkələrinin idman paytaxtlarının təsdiqlənəcəyi gözlənilir", - o deyib.