Türkiyə-Macarıstan əlaqələri genişləndirilmiş strateji ortaqlıq səviyyəsinə qaldırılıb - Səfir

Türkiyə-Macarıstan əlaqələri genişləndirilmiş strateji ortaqlıq səviyyəsinə qaldırılıb - Səfir

Bakı. TurkicWorld:

Türkiyə-Macarıstan əlaqələri genişləndirilmiş strateji ortaqlıq səviyyəsinə qaldırılıb.

TurkicWorld-un məlumatına görə, bu sözləri Macarıstanın Türkiyədəki səfiri Viktor Matis deyib.

"2023-cü ilin sonunda əməkdaşlığımızı strateji səviyyədən genişləndirilmiş strateji səviyyəyə qaldırdıq. Bu, çox nadir səviyyədir və iki ölkənin həqiqətən yaxşı əməkdaşlıq etməsi deməkdir. Qlobal siyasət və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığımız da yaxşıdır.Problemlərin ortaya çıxdığı yerdə həll edilməsi anlayışı ilə həm Türkiyə, həm də Macarıstan birlikdə hərəkət edir. Beynəlxalq təşkilatlarda əməkdaşlığımız olduqca yüksək səviyyədədir, istər NATO, istər Avropa İttifaqı, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində, bir çox məsələlərdə birlikdə hərəkət etmək imkanımız var”,- deyə səfir bildirib.

Qeyd edək ki, 2025-ci il Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd ediləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_