Ötən missiyalarımız zamanı seçkilərdə qanun pozuntuları ilə bağlı ciddi şikayətlər olmayıb - MDB-nin rəsmisi

Ötən missiyalarımız zamanı seçkilərdə qanun pozuntuları ilə bağlı ciddi şikayətlər olmayıb - MDB-nin rəsmisi

Bakı. TurkicWorld:

Azərbaycanda keçirilən seçkilərdə 11-ci dəfədir iştirak edirik. MDB nümayəndə heyətinin məqsədi seçki prosesini tənzimləyən qanunvericiliyə və beynəlxalq normalara riayət olunmasını müşahidə etməkdir. Ötən missiyalarımız dövründə seçkilərin keçirilməsi, o cümlədən, qanun pozuntuları ilə bağlı ciddi şikayətlər olmayıb.

TurkicWorld Secki-2024.az saytına istinadən xəbər verir ki, bu fikirləri MDB Baş katibinin birinci müavini Leonid Anfimov yanvarın 17-də MDB nümayəndə heyətinin Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində bildirib.

“Biz buraya nöqsan axtarmağa deyil, qanunvericilik çərçivəsində müvafiq dövlət və hökumət qurumlarına seçkilərin şəffaf və demokratik qaydada keçirilməsinə kömək etməyə gəlmişik”, - deyə o vurğulayıb.