Seçkidə müşahidəçilərin sayı 50 mini keçəcək - Məzahir Pənahov

Seçkidə müşahidəçilərin sayı 50 mini keçəcək - Məzahir Pənahov

Bakı. TurkicWorld:

Seçkiləri müşahidə edəcək şəxslərin sayı artıq 20 minə çatıb.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

M.Pənahov qeyd edib ki, proqnoza görə müşahidəçilərin sayı 50 mini keçəcək.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.