Seçki məsələsində hər birimiz ilk növbədə Azərbaycan vətəndaşı olmalıyıq - Məzahir Pənahov

Seçki məsələsində hər birimiz ilk növbədə Azərbaycan vətəndaşı olmalıyıq - Məzahir Pənahov

Bakı. TurkicWorld:

Seçki məsələsində hər birimiz ilk növbədə Azərbaycan vətəndaşı olmalıyıq.

TurkicWorld xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, seçki elə bir prosesdir ki, peşə vəzifələrimizi ikinci plana atmalıyıq.

“Seçki məsələsində hər birimiz ilk növbədə Azərbaycan vətəndaşı olmalıyıq. Vətəndaş olmaq ölkəni, dəyərlərimizi müdafiə etməkdir. Seçki məsələsində ilk vəzifəmiz odur ki, kimsə bilərəkdən ya bilməyərəkdən hansısa xoşagəlməz addım atmasın. KİV həqiqətən nümunə olacaq addımlar atır”,- deyə M. Pənahov əlavə edib.