Terrorla mübarizədə Türkiyənin yanındayıq - Azərbaycan XİN

Terrorla mübarizədə Türkiyənin yanındayıq - Azərbaycan XİN

Bakı. TurkicWorld:

"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

"Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq", - deyə qeyd olunub.